Belarusun əməkdar artisti “Traviata” operasında çıxış edəcək

Belarusun əməkdar artisti “Traviata” operasında çıxış edəcək Tamaşa martın 26-da Opera və Balet Teatrında nümayiş etdiriləcək
İncəsənət
15 Mart , 2016 19:55
Belarusun əməkdar artisti “Traviata” operasında çıxış edəcək

Bakı. 15 mart. REPORT.AZ/ Martın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcək.

Bu barədə "Report"a Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən məlumat verilib.

Tamaşada əsas partiyalarda teatrın aparıcı solistləri - əməkdar artistlər İnarə Babayeva (Violetta), Fərid Əliyev (Alfred), Səbinə Vahabzadə (Flora), Anton Ferştandt (Doktor Qrevil) və xalq artisti, Vokalçıların Bülbül adına I müsabiqəsinin Qran Pri mükafatçısı Əli Əsgərov (Markiz d`Obinyi) çıxış edəcək.

Yerli vokal ustaları ilə yanaşı, tamaşada əsas rollardan biri olan Jermon partiyasını ifa etmək üçün teatrın rəhbərliyi Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun əməkdar artisti Stanislav Trifonovu dəvət edib.

Tamaşanı dirijorların beynəlxalq müsabiqəsinin laureatı Əyyub Quliyev idarə edəcək. 

Son xəbərlər

Orphus sistemi