Yuxarı

Belarusun məhşur solistləri Bakıda “Qu gölü” baletində çıxış edəcək

Noyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası olacaq

Bakı. 10 noyabr. REPORT.AZ/ Noyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası olacaq.

Teatrın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, tamaşada əsas rolları klassik balet sənəti ulduzları – Belarus Akademik Böyük Teatrının aparıcı solistləri, Belarusun xalq artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Olqa Qayko və Belarus Respublikası Prezidentinin Xüsusi fondunun mükafatçısı İqor Onoşko ifa edəcək.

Qeyd edək ki, O.Qayko və İ.Onoşko hazırda Avropanın ən populyar və dəbdə olan balet ulduzlarından sayılırlar. Onlar London, Paris, Sürix, Münhen, Amsterdam və Avropanın bir sıra digər paytaxt şəhərlərində uğurlu qastrol səfərlərində olublar.

2008-ci ildə Tokioda keçirilən Beynəlxalq balet sənəti festivalında bu cütlük “Qu gölü” baletində əsas partiyaların ən yaxşı ifaçıları üçün təsis edilmiş prizə layiq görülüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi