Yuxarı
    Bağlamaq

    Belarus Teatrı Bakıya gəlir

    Yeddi gözəl belaruslu aktyorların ifasında nümayiş etdiriləcək

    Bakı.3 dekabr. REPORT.AZ/ Belarusiyanın Opera və Balet Teatrının 73 nəfərlik heyəti Bakıya qastrol səfərinə gəlir.

    "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, dekabrın 6-da Akademik Opera və Balet Teatrının səhnəsində Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baleti Belarusiyanın Opera və Balet Teatrının quruluşunda nümayiş etdiriləcək.

    Belarus Teatrının səhnə xadimləri Bakıya sabah gələcəklər.

    Qeyd edək ki, belarusiyalı balet ustalarını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik orkestri müşayiət edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi