"Baladadaşın toy hamamı" tamaşasında baş rolu tələbə-aktyor oynayacaq

"Baladadaşın toy hamamı" tamaşasında baş rolu tələbə-aktyor oynayacaq Musiqili Teatrın direktoru Əliqismət Lalayev tamaşada baş rola tələbə-aktyor dəvət edib
İncəsənət
1 Dekabr , 2015 18:01
Baladadaşın toy hamamı tamaşasında baş rolu tələbə-aktyor oynayacaq

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında məşqləri davam edən “Baladadaşın toy hamamı” komediyasında baş rolu tələbə-aktyor canlandıracaq.

Musiqili Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” əsəri əsasında hazırlanan tamaşada Baladadaş obrazının ifaçısı Əmrah Dadaşov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyoru” fakültəsinin 4-cü kurs tələbəsidir. Universitetdə və Tədris Teatrındakı tamaşalarda istedadı və fəallığı ilə fərqlənən Ə.Dadaşovu bu rola teatrın direktoru Əliqismət Lalayev dəvət edib.

Ə.Lalayev deyib ki, Əmrah Dadaşovu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində özünün rejissor kursunun hazırladığı “Leyli və Məcnun” tamaşasında görüb: "Əmrah orda Məcnun obrazında oynayırdı. İlk baxışdan öz oyunu, istedadı ilə diqqətimi çəkdi və nəticədə Musiqili Teatra dəvət etdim. Təsadüf elə gətirdi ki, “Baladadaşın toy hamamı” tamaşasına hazırlaşan xalq artisti Cənnət Səlimova da onu bəyəndi və Baladadaş obrazını ona həvalə etdi. Ümid edirəm ki, o bu məsuliyyətli işin öhdəsindən layiqincə gələ biləcək”

Son xəbərlər

Orphus sistemi