Yuxarı
    Bağlamaq

    Balaban ifaçısı Elxan Məmmədov dünyasını dəyişib

    Əməkdar mədəniyyət işçisi Goranboyun Balakürd kəndində dəfn edilib

    Goranboy. 17 aprel. REPORT.AZ/ Azərbaycanın Əməkdar mədəniyyət işçisi, balaban ifaçısı Elxan Məmmədov vəfat edib.

    "Report"un Qərb bürosu xəbər verir ki, 67 yaşlı sənətkar uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

    Ötən gün səhər saatlarında dünyasını dəyişən balabançı doğulduğu Goranboy rayonunun Balakürd kəndində torpağa tapşırılıb.

    Qədim musiqi alətinin mahir ifaçısı olan E.Məmmədov gənc yaşlarında Aşıq Şəmşir, Aşıq Murad Niyazlı, Aşıq Cahad və digər tanınmış saz ifaçılarını müşayiət edib. Azərbaycan Aşıqlar Birliyinin üzvü olan Elxan Məmmədovun adına İranda balaban məktəbi fəaliyyət göstərir. Musiqiçinin qonşu ölkədə yüzlərlə tələbəsi var.


    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi