“Baku Etno Concerts” layihəsi çərçivəsində konsertlər keçiriləcək

“Baku Etno Concerts” layihəsi çərçivəsində konsertlər keçiriləcək Konsertlərdə azərbaycanlı və xarici musiqiçilərin iştirakı nəzərdə tutulub
İncəsənət
13 May , 2016 13:30
“Baku Etno Concerts” layihəsi çərçivəsində konsertlər keçiriləcək

Bakı. 13 may. REPORT.AZ/ Bu gün Beynəlxalq Muğam Mərkəzində “Baku Etno Concerts” layihəsi çərçivəsində Azərbaycan-İtaliya etnik musiqisinin konserti keçiriləcək.

"Report" xəbər verir ki, konsertlərdə azərbaycanlı və xarici musiqiçilərin iştirakı nəzərdə tutulub.

Mayın 14-də “Muğam axşamı” adlı konsert keçiriləcək. Solistlər əməkdar artist Babək Niftəliyev, Mirələm Mirələmov, Nigar Şabanovadır. Xanəndələri “Buta” instrumental ansamblı müşayiət edəcək. Bədii rəhbər tarzən Rövşən Qurbanovdur.

Mayın 16-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin “Muğam aləminə səyahət” adlı konserti keçiriləcək.

Konsertdə “Muğam sənəti” kafedrasının müəllimi, əməkdar artist Nuriyyə Hüseynova və “Muğam sənəti” kafedrasının tələbələri çıxış edəcək. Musiqiçiləri ADMİU-nun xalq çalğı alətləri ansamblı müşayiət edəcək.

Mayın 20-də Azərbaycanda ABŞ-ın Mədəniyyət günləri çərçivəsində Silver City Bound adlı qrupun konserti keçiriləcək.

Mayın 26-da isə Azərbaycan-İspaniya etnik musiqisinin konserti olacaq.

Biletlər şəhərin kassalarında satılır.

Son xəbərlər

Orphus sistemi