Bakıya gələn SSRİ xalq artistinin səhhətində problem yaranıb

Bakıya gələn SSRİ xalq artistinin səhhətində problem yaranıb O, mətbuat konfransına qatıla bilməyib
İncəsənət
21 Dekabr , 2015 13:02
Bakıya gələn SSRİ xalq artistinin səhhətində problem yaranıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti Oleq Basilaşvili Tovstonoqov adına Rusiya Böyük Dram Teatrının yaradıcı heyətinin Bakıda keçirdiyi mətbuat konfransına gəlməyib. "Report" xəbər verir ki, buna səbəb Oleq Basilaşvilinin səhhətində problemlər yaranmasıdır.

Q.A.Tovstonoqov adına Rusiya Böyük Dram Teatrının müdir müavini İrina Şimbareviçki bildirib ki, aktyor axşam tamaşada oynayacaq: "Oleq Basilaşvili həm də ona görə bu gün gələ bilmədi ki, axşam səhnəyə çıxana kimi yaxşılaşsın, səhnəyə yaxşı çıxsın".

Mətbuat konfransında İrina Şimbareviçki ilə yanaşı SSRİ xalq artisti Alisa Freyndlix də iştirak edir.

Xatırladaq ki, Q.A.Tovstonoqov adına Rusiya Böyük Dram Teatrının kollektivi Bakıya gəlib. Teatr F.Dostoyevskinin "Dayının yuxusu" əsəri əsasında Rusiyanın xalq artisti, rejissor Timur Çxeidzenin hazırladığı tamaşanı azərbaycanlı tamaşaçılara təqdim edəcək.

Qeyd edək ki, bu Tovstonoqov adına Rusiya Böyük Dram Teatrının Bakıya ilk qastrol səfəridir. Səfərin təşkilatçıları Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Rusiyanın Mədəniyyət Nazirliyidir.

Son xəbərlər

Orphus sistemi