Bakıda V Beynəlxalq Uşaq Təsviri İncəsənət Festivalı keçiriləcək

Bakıda V Beynəlxalq Uşaq Təsviri İncəsənət Festivalı keçiriləcək Müsabiqə üçün işlərin qəbulu və seçimi may ayında başlayacaq
İncəsənət
30 Mart , 2017 16:42
Bakıda V Beynəlxalq Uşaq Təsviri İncəsənət Festivalı keçiriləcək

Bakı. 30 mart. REPORT.AZ/ Bakıda "Saf rənglər" adlı V Beynəlxalq Uşaq və Gənclər Təsviri İncəsənət Festivalı keçiriləcək.

"Report" Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, müsabiqə üçün işlərin qəbulu və seçimi may ayında başlayacaq.

Müsabiqəyə 3-16 yaşlı uşaq və yeniyetmələrin təsviri incəsənətin istənilən - həm ənənəvi, həm də multimediya, installyasiya (quraşdırılma) və animasiya kimi müasir forma və janrında əl işləri qəbul olunacaq.

Müsabiqəyə Azərbaycandan və xarici ölkələrdən yeniyetmə rəssamlar və yaradıcı studiyalar dəvət edilir. Müsabiqə iştirakçılar aşağıdakı tematik kateqoriyaları seçə bilərlər: "Azərbaycan", "İdman", "Təhlükəsiz dünya - gələcəyin nəqliyyatı", "Eko-mədəniyyət", "Oyuncaqlar və transformerlər", "Rabitə və informasiya".

İyun ayında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində festivalın ekspozisiuyası təqdim olunacaq. Festivalın müsabiqə proqramında qaliblərinin mükafatlandırılması, master-klasslar və konsertlər 2017-ci ilin sentyabr ayında keçiriləcək.

Festival təşkilatçıları qismində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi çıxış edir.

Son xəbərlər

Orphus sistemi