Yuxarı

Bakıda türk rəssamlarının əl işlərindən ibarət sərgi başlayır

Mədəniyyət Günləri çərçivəsində  teatr tamaşası və filmlər də nümayiş ediləcək

Bakı.24 noyabr. REPORT.AZ/ Azərbaycanda Türkiyə Mədəniyyəti Günlərinin rəsmi aşılışı olub.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm nazirliyi yayıb. Mədəniyyət Günləri noyabrın 27-dək davam edəcək. 

Mədəniyyət Günləri çərçivəsində noyabrın 24-dən 27-dək Muzey Mərkəzində "Əl sənətləri" (gümüş, bakır, çiniçilik, naxış, ebru, şüşə üfləmə) və "Qadın Başlığı", "Türkiyədən Rənglər" foto-sərgiləri, noyabrın 25-də Dövlət Mahnı Teatrında "Xalq ozanlarının deyişməsi", noyabrın  25-də və 26-da Nizami Kino Mərkəzində "Aşk Tesadüfleri Sever" və "Yozgat Bules" filmlərinin nümayişi, noyabrın 26-da və 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ankara Dövlət Teatrının "Nereye" və "Meraklısı için Öyle Bir Hikaye" tamaşalarına baxış keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi