Yuxarı

​Bakıda Tacikistan Kinosu Günləri keçiriləcək

Tədbir çərçivəsində Nizami Kino Mərkəzində 5 bədii və 5 sənədli film nümayiş olunacaq

Bakı. 27 fevral. REPORT.AZ/ Bu il martın 9-14-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Tacikistan Kinosu Günləri keçiriləcək.

"Report" nazirliyə istinadən xəbər verir ki, tədbir Azərbaycan-Tacikistan qardaşlıq münasibətləri və xalqlar arasında mədəni əməkdaşlıq ənənələrini möhkəmləndirmək, kino sahəsində əlaqələri genişləndirmək məqsədilə düzənlənəcək.

Bununla əlaqədar olaraq, "Tacikfilm" kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov, kino tənqidçisi, fəlsəfə elmləri doktoru Sadullo Rəhimov, Tacikistanın xalq artisti Sayram İsayeva və aktyor Abdukarim Maşrabovdan ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Kino Günləri çərçivəsində Nizami Kino Mərkəzində 5 bədii və 5 sənədli film nümayiş olunacaq.

Azərbaycanda Tacikistan Kinosu Günlərinin açılışı martın 10-da saat 19:00-da Nizami Kino Mərkəzində Nosib Saidovun "Müəllim" bədii filminin təqdimatı ilə baş tutacaq.

Qeyd edək ki, tədbir "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığa dair Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı"na uyğun olaraq həyata keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi