Yuxarı
    Bağlamaq

    Bakıda rəssamlar üçün qeyri-adi kurslar açılır

    Studiyanın art-direktoru: İstənilən məşhur şəkili seçmək və usta müəllimlərin dəstəyi ilə bir neçə dərsdə onu çəkmək olar

    Bakı. 17 aprel. REPORT.AZ/ "Art Up" bədii studiyası rəssamlığa yeni başlayanlar üçün Bakıda qeyri-adi ekspress kurslar açır.

    Bu barədə "Report"a studiyanın art-direktoru Sevda Mehdiyeva məlumat verib.

    "Kursa yazılanları bütün lazımi materiallarla təmin edirik. Bundan əlavə, şəxs istənilən məşhur şəkili seçə və sonra usta müəllimlərin dəstəyi ilə bir neçə dərsdə onu çəkə bilər. Kursun bütün müəllim heyəti müvafiq akademik təhsil alıblar", - S.Mehdiyeva bildirib.

    O vurğulayıb ki, studiya həmçinin həftədə iki dəfə olmaqla, bir aylıq müddətə akademik rəsm tədris üzrə proqram həyata keçirir.

    "Sketçinq, interyer dizayn, ebru (su üzərində rəsm - red.) üzrə məşhur azərbaycanlı və əcnəbi rəssamların iştirakı ilə master-klasslar keçirməyi planlaşdırırıq", - art-direktor deyib.

    Qeyd edək ki, studiyanın ofisi Adil İsgəndərov küçəsi 2-8-də, funikulyorun yaxınlığında yerləşir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi