Bakıda “Qu gölü” baletini belaruslu balet ustaları ifa edəcək

Bakıda “Qu gölü” baletini belaruslu balet ustaları ifa edəcək Balet dekabrın 5-də nümayiş etdiriləcək
İncəsənət
21 Noyabr , 2015 09:12
Bakıda “Qu gölü” baletini belaruslu balet ustaları ifa edəcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Dekabrın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

“Report” xəbər verir ki, klassik balet sənətinin ən gözəl nümunələrindən olan “Qu gölü” baleti, uzun illərdir Opera və Balet Teatrının repertuarındadır. Tamaşaçılar bu tamaşanı hər dəfə fərqli ifalarda seyr edirlər. Dekabrın 5-də baş tutacaq tamaşada Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri – Belarusun xalq artisti Olqa Qayko (Odetta-Odilliya) və Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı İqor Onoşko (Ziqfrid) çıxış edəcək.

Eyni zamanda, tamaşada balet truppamızın solistləri – əməkdar artistlər Samir Səmədov (Rotbart), Tamilla Məmmədzadə və Cəmilə Kərimova, Leyla Narimanidze, Failə Bolqarova (kiçik qu quşları), Nigar İbrahimova, Elmira Süleymanova, Ayan Eyvazova, Samirə Məmmədova (böyük qu quşları), Kamran Qurbanov (Təlxək) və başqaları iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi