Yuxarı

Bakıda “Novruz naxışı” adlı geyim dəfiləsi keçirilib

Tədbirdə 2016-cı ilin yaz-yay kolleksiyası təqdim olunub

Bakı. 19 mart. REPORT.AZ/ Martın 19-da “Port Baku Mall”da “Naxış” atelyesinin “Novruz naxışı” adlı geyim dəfiləsi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə 2016-cı ilin yaz-yay kolleksiyası təqdim olunub.

Qonaqları milli geyimli xanımlar qarşılayıblar.

Təqdimatdan əvvəl “Naxış” atelyesinin direktoru və dizayneri Səmra Axundova jurnalistlərə bildirib ki, kolleksiyada 30 paltar nümayiş olunub. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanın milli naxışlarını, ornamentlərini, dəyərlərini moda vasitəsilə təbliğ etməkdir.

Kolleksiyada 2016-cı ilin trendi olan naxışlar, əl işləri öz əksini tapıb. Kolleksiya üzərində bir ilə yaxın iş gedib. Əl işi olduğuna görə bir paltarın hazırlanmasına 3-4 ay vaxt sərf edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi