Bakıda Nikita Mixalkovun yaradıcılıq gecəsi keçiriləcək

Bakıda Nikita Mixalkovun yaradıcılıq gecəsi keçiriləcək Rusiyanın xalq artisti "Свой среди своих" proqramı ilə tamaşaçıların görüşünə gələcək
İncəsənət
17 Noyabr , 2015 12:27
Bakıda Nikita Mixalkovun yaradıcılıq gecəsi keçiriləcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakıda Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, görkəmli kinorejissor, aktyor, ssenarist, Rusiyanın xalq artisti Nikita Mixalkovun yaradıcılıq gecəsi keçiriləcək.

"Report" xəbər verir ki, tədbir dekabrın 4-də Heydər Əliyev Sarayında olacaq.

Nikita Mixalkov "Свой среди своих" proqramı ilə öz tamaşaçılarının görüşünə gələcək.

Xatırladaq ki, Kann, Venesiya kimi dünyanın nüfuzlu kino festivallarının qalibi, "Oskar" mükafatı laureatı Nikita Mixalkov bir çox filmlərin rejissoru, ssenaristi, baş prodüseri və bədii rəhbəridir.

Qeyd edək ki, saat 19:00-da başlayacaq gecənin biletləri 20-60 manat arasında satışa çıxarılıb.

Biletləri Heydər Əliyev Sarayının və şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi