Bakıda "Musiqi təsviri incəsənətdə" adlı sərgi keçirilir

Bakıda "Musiqi təsviri incəsənətdə" adlı sərgi keçirilir Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunan silsilə tədbirlər davam edir
İncəsənət
27 Oktyabr , 2015 17:56
Bakıda Musiqi təsviri incəsənətdə adlı sərgi keçirilir

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunan silsilə tədbirlər davam edir.

"Report" xəbər verir ki, sentyabrın 22-dən etibarən Muzey Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının materialları əsasında Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunan sərgi keçirilir.

Sərgidə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Azərbaycan Dövlət Teatr Muzeyinin materialları əsasında Üzeyir Hacıbəylinin əsərlərinin tamaşalarına çəkilmiş dekorasiyalar, eskizlər və s., Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Musiqi təsviri incəsənətdə" adı altında rəsm əsərləri və xalça nümayiş olunur.

Qeyd edək ki, sərgi noyabrın 15-dək davam edəcək.

Giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi