Bakıda “Muğamat var olan yerdə” adlı konsert verilib

Bakıda “Muğamat var olan yerdə” adlı konsert verilib Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri xalq mahnıları, muğam və təsniflər səsləndirilib
İncəsənət
29 Noyabr , 2016 20:45
Bakıda “Muğamat var olan yerdə” adlı konsert verilib

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində “Muğamat var olan yerdə” adlı xalq musiqisindən ibarət konsert olub.

Filarmoniyanın mətbuat xidmətindən "Report"a bildirilib ki, konsert ötən gün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib. Konsert zamanı filarmoniyanın foyesində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin incəsənət və musiqi məktəblərinin uşaqlarının hazırladığı rəsm əsərlərinin sərgisi təşkil olunub.

Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları, muğam və təsniflər səsləndirilib. Konsertin iştirakçıları Muğam Televiziya Müsabiqəsinin Laureatı Təyyar Bayramov, Ehtiram Hüseynov, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Bəyimxanım Vəliyeva, Mirələm Mirələmov, Elnur Zeynalov və başqaları olublar. Konserti Muğam İnstrumental Ansamblı müşayiət edib.

Son xəbərlər

Orphus sistemi