Bakıda “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçirilib

Bakıda “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçirilib Səfir Suzan Cəmil rəsm əsərlərinin müəlliflərini mükafatlandırıb
İncəsənət
14 Aprel , 2016 19:30
Bakıda “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçirilib

Bakı. 14 aprel. REPORT.AZ/ Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Esmeralda” rəsm studiyası ilə birgə “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçirilib.

Mərkəzdən "Report"a verilən məlumata görə, sərgidə çıxış edən Mərkəzin müdiri Əhməd Sami Elaydi Misir və Azərbaycan mədəni əlaqələri haqqında geniş məlumat verib. Sonra Misirin tarixi, mədəniyyəti və turizmi haqqında film nümayiş etdirilib.

Öz növbəsində, Misirin Azərbaycandakı səfiri Suzan Cəmil sərginin açılışında iştirak edərək, iki ölkənin dostluğunu kiçik yaşlı uşaqlar tərəfindən rəsmlərdə göstərilməsini alqışlayıb, onların hər birinə uğurlar arzulayaraq belə sərgilərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.

Sonda Suzan Cəmilin iştirakı ilə rəsm əsərlərinin müəllifləri mükafatlandırılıb. 

Son xəbərlər

Orphus sistemi