Yuxarı

Bakıda "Lenfilm"in filmlərinin nümayişinə başlanıb

Filmlərin nümayişi “Bakıda Peterburq görüşləri” layihəsi çərçivəsində keçirilir

Bakı. 19 may. REPORT.AZ/ Nizami Kino Mərkəzində "Lenfilm" kinostudiyasının çəkdiyi filmlərin nümayişinə başlanıb.

"Report" xəbər verir ki, Bakıda "Sankt-Peterburq görüşləri” layihəsi çərçivəsində keçirilən nümayişlər mayın 18-dən 20-dək davam edəcək.

Filmlərin nümayişi Sankt-Peterburq hökümətinin xarici əlaqələrlər üzrə Komitəsinin, Rusiya səfirliyinin, Rossəməkdaşlığın Azərbaycandakı nümayəndəliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşir.

Üç gün ərzində şəhər sakinləri və qonaqlar "Lenfilm" kinostudiyasının film kolleksiyasından ayrı-ayrı illərdə çəkilmiş filmləri izləyə bilərlər.

Filmlərin siyahısına “Moy dobrıy Papa”, “Poklonnitsa”, “Kontribusiya” adlı ekran əsərləri daxil edilib.

Filmlər hət gün saat 18:30-da nümayiş etdirilir.

Seanslara giriş sərbəstdir.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycanla Sankt-Peterburq arasında ikitərəfli elm, təhsil, mədəni əlaqələrin möhkəmlənməsi və genişləndirilməsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi