Bakıda latviyalı rəssamın sərgisi keçiriləcək

Bakıda latviyalı rəssamın sərgisi keçiriləcək Sərgi "Qarabağ atları" adlanır
İncəsənət
21 Noyabr , 2014 14:18
Bakıda latviyalı rəssamın sərgisi keçiriləcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabrın 26-dan 30-dək "Natəvan" qalereyasında latviyalı rəssam Alla Dzevaltovskanın sərgisi keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə "Natəvan" qalereyası məlumat yayıb.

Sərgi "Qarabağ atları" adlanır.

Qeyd edək ki, latviyalı rəssam Alla Dzevaltovska 1984-cü ildə anadan olub. Gənclik illərini Riqada valideynlərilə keçirib. Məktəb illərində Alla musiqi, idman və rəsmlə məşğul olub. 2005-ci ildə Alla Riqa Texniki Universitetini Tikinti mühəndisi ixtisası üzrə bitirib. Daha sonra təhsilinə Latviya Kənd Təsərrüfatı Akademiyasında davam edib. 2009-cu ildən Alla Dzevaltovska Londona köçüb və burada Britaniya İncəsənət mədəniyyəti və biznesini öyrənib.

Hazırda Alla Dzevaltovska Riqada yaşayır və tez-tez sərgilər təşkil edir.

Son xəbərlər

Orphus sistemi