VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı başa çatıb

VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı başa çatıb Festivalın sonunda Luici Kerubini Orkestrinin iştirakı ilə konsert keçirilib
İncəsənət
25 May , 2015 06:22
VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı başa çatıb

Bakı. 25 may. REPORT.AZ/ Ötən gün Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı başa çatıb.

"Report" xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən mərasimdə görkəmli mədəniyyət və incəsənət xadimləri, o cümlədən festivalın bədii rəhbəri Olqa Rostropoviç iştirak edib.

Mayın 17-dən 24-dək keçirilən festivalın iştirakçıları arasında dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçilər, o cümlədən Rikkardo Mutinin idarəçiliyi ilə Luici Kerubini Gənclər Simfonik Orkestri, Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri, İqor Butman kvarteti, violonçelist Arseni Çubaçin, habelə Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası olub.

Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistlərinin ifasında italyan bəstəkarı R.Leonkavallonun “Payatsı” operası oynanılıb.

Festivalın sonunda Luici Kerubini Orkestrinin iştirakı ilə bədii rəhbəri və baş dirijoru Rikkardo Mutinin olduğu konsert keçirilib. Birinci bölmədə Frans Şubertin 4 nömrəli c-mollu, D417 simfoniyası, ikinci bölmədə Pyotr Çaykovskinin əsərləri səslənib.

Son xəbərlər

Orphus sistemi