Yuxarı

Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalının proqramı açıqlanıb

Festivalının açılışı oktyabrın 22-də saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində olacaq

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakıda oktyabrın 22-30-da Beynəlxalq Caz Festivalı keçiriləcək.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Mədəniyyət Fondunun keçirəcəyi festivalda Braziliya, Gürcüstan, İsveç, İspaniya, Fransa, Avstriya, Türkiyə, İtaliya, Norveç, Niderland, Almaniya, Macarıstan, Litva, Yaponiya və Kolumbiyadan olan məşhur musiqiçilərin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, festivalının açılışı oktyabrın 22-də saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində Qabriel Qrossi Kvartetinin konserti (Braziliya) ilə baş tutacaq.

Festivalın proqramı ilə bu link vasitəsilə tanış ola bilərsiniz:

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi