Bakıda “Kamal Talıbzadə-95” adlı sərgi açılıb

Bakıda “Kamal Talıbzadə-95” adlı sərgi açılıb Bakı. 14 avqust. REPORT.AZ/ M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında əməkdar elm xadimi, professor Kamal Talıbzadənin 95 illiyi münasibətilə “Kamal Talıbzadə-95” adlı kitab sərgisi açılıb.
İncəsənət
14 Avqust , 2018 16:21
Bakıda “Kamal Talıbzadə-95” adlı sərgi açılıb

Bakı. 14 avqust. REPORT.AZ/ M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında əməkdar elm xadimi, professor Kamal Talıbzadənin 95 illiyi münasibətilə “Kamal Talıbzadə-95” adlı kitab sərgisi açılıb.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, sərgidə müəllifin əsərləri, redaktoru olduğu, “Ön söz” yazdığı, tərtib etdiyi, haqqında yazılan kitablar, dövrü mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə ziyarətçilər üçün açıq qalacaq.

Son xəbərlər

Orphus sistemi