Kalmık teatrının Bakıya qastrol səfəri başlayıb

Kalmık teatrının Bakıya qastrol səfəri başlayıb Qastrol səfəri oktyabrın 11-dək davam edəcək
İncəsənət
9 Oktyabr , 2015 15:16
Kalmık teatrının Bakıya qastrol səfəri başlayıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Rusiya Federasiyası Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrının Bakıya qastrol səfəri başlayıb.

“Report”un xəbərinə görə, oktyabrın 9-dan Kalmık Teatrı qastrol tamaşalarına start verib.

Oktyabrın 9-dan 11-dək iki tamaşa ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcək kollektivin təqdim etdiyi ilk tamaşa azyaşlı izləyicilər üçün nəzərdə tutulub. A.S.Puşkinin “Золотая рыбка” (“Qızıl balıq”) əsəri əsasında hazırlanmış tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Yelena İvanova, quruluşçu rəssamı isə Saqlara Çulkayevadır. Tamaşada Kalmık Respublikasının əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Baatr Sandjiyev, Elza Bembeyeva iştirak edirlər.

Tamaşa bu gün saat 16.00, 18.00, oktyabr ayının 10-da saat 10.00, 12.00, 14.00, 16.00, 18.00-da, oktyabr ayının 11-də isə saat 10.00, 12.00 və 14.00-da nümayiş etdiriləcək.

Oktyabrın 11-də saat 19.00-da təqdim olunacaq növbəti tamaşa Ə.Əmirlinin “Любящая женщина” (“Sevən qadın”) əsəri əsasında hazırlanılb. Bu tamaşanı ötən il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmık respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov səhnələşdirib.

Tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları, Kalmık Respublikasının əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova çıxış edəcək.

“Любящая женщина” tamaşasının nümayişindən sonra qastrol səfərinin baş çatması ilə bağlı tədbir keçiriləcək.



Son xəbərlər

Orphus sistemi