Yuxarı

Bakıda ikinci beynəlxalq plov festivalı keçiriləcək

Festivalda Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri iştirak edəcək

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə dekabrın 11-də II Beynəlxalq Plov Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, festivalın keçirilməsində məqsəd müxtəlif ölkələrin düyü bişirmə mədəniyyəti ilə tanış olmaq və Azərbaycan mətbəxinin şah əsəri olan plovlarla xarici qonaqları tanış etməkdir.

Azərbaycanda fəaliyyət göstərən səfirlik, diplomatik nümayəndəliklər, diasporalar bu festivalda öz ölkələrinin düyü, plov mədəniyyətlərini təmsil edə biləcək.

Festivalada Türkiyə, Özbəkistan, Yaponiya, İndoneziya, Tacikistan, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Hindistan, Fələstin, İran və s. ölkələrin səfirlikləri iştirak edəcək.

Festivalın rəsmi açılışı dekabrın 11-də saat 11-də "Sərin" restoranında olacaq.

Qeyd edək ki, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası düyü, yağ, süd, ət, quş, balıq, ədviyyat və s. məhsul istehsal edən və satan bütün firmaları II Beynəlxalq Plov Festivalına dəvət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi