Yuxarı

Bakıda İran kino həftəsi keçiriləcək

Açılış mərasimi mayın 14-də Nizami Kino Mərkəzində olacaq

Bakı. 11 may. REPORT.AZ/ Bakıda İran kinosu həftəsi keçiriləcək. 

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzindən məlumat verilib.

Kino həftəsi Mədəniyyət və Turizm Nazirliyi və İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Tədbirin açılış mərasimi mayın 14-də saat 18:00-da Nizami Kino Mərkəzində olacaq.

Bakıda İran kino həftəsi çərçivəsində mayın 14-də “143-cü çuxur”, mayın 15-də “Bir dişləm qənd”, mayın 16-da “Bu gün”, mayın 17-də “Nəqqaşlıq hovuzu” filmləri Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Filmlər hər gün saat 19.00-da tamaşaçılara təqdim ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi