Yuxarı
    Bağlamaq

    ​Bakıda doğulan tanınmış yazıçı və kolleksiyaçı Aleksandr Qlezer Parisdə vəfat edib

    O, Parisin Sen-Jenevyev-de-Bua məzarlığında dəfn olunacaq

    Bakı. 6 iyun. REPORT.AZ/ 1934-cü ilin martında Bakıda dünyaya göz açan tanınmış yazıçı və kolleksiyaçı Aleksandr Qlezer iyunun 3-dən 4-nə keçən gecə 82 yaşında vəfat edib.

    "Report" xəbər verir ki, bu barədə mərhumun yaxın dostlarından biri məlumat verib.

    Aleksandr Qlezer uzun müddət Ufada (Rusiya) yaşayıb. Moskva Neft İnstitutunun məzunudur. 1961-ci ildən ədəbiyyatla maraqlanmağa başlayıb və gürcü şairlərinin 7 kitabını tərcümə edə bilib. Müasir rəsm əsərləri ilə fəal şəkildə maraqlanıb və onları toplamaqla məşğul olub. 1970-ci illərdə Sovet İttifaqından deportasiya edilib. Sürgündən sonra şair Fransaya köçüb və görkəmli kolleksiyasının yalnız bir hissəsini – 500 rəsmdən 80 ədədini ora apara bilib. Sonradan o ABŞ-ın Nyu-Cersi ştatına köçüb.

    Mərhum Fransa paytaxtının Sen-Jenevyev-de-Bua şəhəri məzarlığında torpağa tapşırılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi