Bakıda Böyük Vətən Müharibəsi haqqında filmlər nümayiş olunacaq

Bakıda Böyük Vətən Müharibəsi haqqında filmlər nümayiş olunacaq "Hər kəs üçün kino" layihəsi Böyük Vətən Müharibəsində qələbənin 70-ci ildönümünə həsr olunub
İncəsənət
6 Fevral , 2015 14:23
Bakıda Böyük Vətən Müharibəsi haqqında filmlər nümayiş olunacaq

Bakı. 6 fevral . REPORT.AZ/ Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) "Hər kəs üçün kino" layihəsi çərçivəsində Böyük Vətən Müharibəsi haqqında sənədli və bədii filmlərin nümayişinə başlanılıb. "Report" xəbər verir ki, fevralın 5-də ilk olaraq "Qələbə Marşalı" tarixi serialdan marşal Kliment Voroşilov haqqında sənədli film və sovet tankçıları haqqında bəhs edən "Müharibədə müharibə qanunları" bədii filmi ("Lenfilm" kinostudiyası, 1968-ci) nümayiş olunub.

Filmin nümayişində veteranlar, tələbələr, şagirdlər, Azərbaycan ictimai təşkilatlarının nümayəndələri iştirak edib. 

RİMM-də filmlərin nümayişi il boyu həftənin cümə axşamı günləri baş tutacaq. Repertuara Azərbaycan kinematoqrafçıların da çəkdikləri filmlər daxil olmaqla, müharibə haqqında filmlər daxil ediləcək. 

Son xəbərlər

Orphus sistemi