Yuxarı

Bakıda “Azerbaijan Fashion Week” moda həftəsi keçiriləcək

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutacaq

Bakı. 20 may. REPORT.AZ/ Mayın 23-dən 26-dək “Boulevard Hotel Baku”da (Autograph Collection) yazın ən dəbli hadisəsi – “Azerbaijan Fashion Week” baş tutacaq.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Mono nümayişlərdə qonaqları "LIBAS" (Azərbaycan), "ALLA Couture" (Rusiya), "SS by Sergey Shabunin" (Qazaxıstan) və "JITROIS" (Fransa) brendlərinin, eləcə də Qazaxıstan dizaynerləri "Alex Chzhen", "Khafiz Khan", "Lamanukaeva", "Zherebtsov", "Eliz" gürcü brendləri "Salle De Mode", "Jgenti", "Tiko Nebieridze" və Ukraynadan "Anzhella Bezroda" və "Snezhanna Gorobets" moda evlərinin kolleksiyaları nümayişləri gözləyir.

Azərbaycanı "Nargiz Shakhbazi", "K Fabuel", "SH Couture" və "Fidan Osman" təmsil edəcək.

Moda həftəsinin bütün günlərində "Boulevard Hotel Baku"da AFW şou-rumları açıq olacaq. Bu şou-rumlardan həm nümayişlərdə təqdim olunan, həm də digər brendlərin geyimlərini əldə etmək mümkün olacaq. Onların arasında "UGLY", "Dameli", "Datuna", "Tako Dvaliashvili", "Natia Tkhelidze", "Samidel", "Tamta Shindelishvili", "Verbena", "Smirnova" var. Ənənəyə uyğun olaraq, "Azerbaijan Fashion Week" çərçivəsində pulsuz təcrübə seminarları, IED Milan institutunun nümayəndəsi ilə seminar, public talk, jurnal və elektron KİV nümayəndələri ilə dairəvi masa keçiriləcək.

Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutacaq.

Qeyd edək ki, "Azerbaijan Fashion Week" ildə iki dəfə keçirilir. Ötən il iki mövsüm çərçivəsində Azərbaycan, Fransa, İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstandan olan dizaynerlərinin iştirakı ilə 40-a yaxın nümayiş keçirilib.

Moda həftəsi Azərbaycanda inkişaf edən moda sənayesinin populyarlaşdırılmasına və istedadlı dizaynerlərin işlərinin nümayişi üçün şərtlərin yaradılmasına yönəlib. Tədbirdə moda sənayesinin beynəlxalq ekspertləri, o cümlədən, ən böyük satış şəbəkələri və mağazaların bayerləri, yerli və beynəlxalq jurnalların, beynəlxalq PR agentliklərinin nümayəndələri iştirak edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi