Yuxarı

Bakı Uşaq Teatrında yeni tamaşanın premyerası keçiriləcək

Tamaşa Abdulla Şaiqin Danışan gəlincik əsəri əsasında hazırlanıb

Bakı. 10 fevral. REPORT.AZ/ Bakı Uşaq Teatrında Abdulla Şaiqin "Danışan gəlincik" əsəri əsasında hazırlanan tamaşanın premyerası keçiriləcək. 

"Report" xəbər verir ki, tamaşanın premyerası fevralın 12-də olacaq.

Premyera Qaraçuxur qəsəbəsində yerləşən Q.Abbasov adına Mədəniyyət sarayında tamaşaçılara təqdim ediləcək.

Tamaşanın quruluşçu rejissoru İlhamə Əhmədova, quruluşçu rəssamı Sevda Məmmədova, xoreoqraf Könül Şahbazova, dekorçu rəssamı Zəminə Allahverdiyeva, musiqi tərtibatçısı Rauf Hüseynli və Rəfael Muradxanlıdır.

Rolları Türkan Şahmarlı, Xəyalə Meydanova, Rauf Hüseynli,  Könül Şahbazova, İlhamə Əhmədova, Rəfael Muradxanlı, Günay Pirizadə, Ceyran Baxışova  ifa edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi