Yuxarı

Bakı Uşaq Teatrında "Vətən" tamaşası nümayiş etdirilib

Tamaşa 20 Yanvar faciəsinə həsr edilib

Bakı. 18 yanvar. REPORT.AZ/ 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq Bakı Uşaq Teatrında "Vətən" tamaşası nümayiş olunub.

"Report" teatrın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Vətən" tamaşası Azərbaycanın dövlət himninə və bayrağına həsr olunub. Azərbaycan bayrağının yaranması, Azərbaycanın keçdiyi keşməkeşli tarixi yol tamaşada öz əksini tapıb.

İdeyası İntiqam Soltana, quruluşu İntiqam Soltan və Ayşad Məmmədova məxsus olan tamaşada Üzeyir bəy Hacıbəylinin musiqisindən istifadə edilib. 

"Vətən" tamaşasında teatrın aktyorları Niyaz Qasımov, Rauf Hüseynli, Cavanşir Məhərrəmov rol alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi