Bakı Uşaq Teatrı "Milli geyim" günü keçirəcək

Bakı Uşaq Teatrı "Milli geyim" günü keçirəcək Layihə çərçivəsində ilk tədbir aprelin 18-də olacaq
İncəsənət
15 Aprel , 2016 14:33
Bakı Uşaq Teatrı Milli geyim günü keçirəcək

Bakı. 15 aprel. REPORT.AZ/ Bakı Uşaq Teatrı hər ayın bir gününü "Milli geyim" günü kimi qeyd etmək qərarına gəlib.

Bu barədə “Report”a Bakı Uşaq Teatrından bildirilib.

Məlumata görə, “Canlı abidələr” adlı yeni layihə çərçivəsində kollektiv üzvləri ayda bir gün - xüsusilə əlamətdar günlərdə milli geyimlərimizdə paytaxtın müxtəlif yerlərini, tarixi və mədəni abilələri ziyarət etməyi qərarlaşdırıb.

Məqsəd mədəni irsin bir parçası olan milli geyimləri təbliğ etmək və yaşatmaqdır. Çünki milli geyimlər də tarixi abidələr qədər əhəmiyyətlidir. Bu geyimlər gənc nəslin zövqünün formalaşmasında, dünyagörüşünün inkişafında böyük rola malik ola bilər.

Layihə çərçivəsində ilk tədbir aprelin 18-də olacaq. Həmin gün həm də Beynəlxalq Abidələr və Tarixi Yerlər günü kimi qeyd olunur.

Bakı Uşaq Teatrının əsasən gənclərdən ibarət yaradıcı heyəti həmin gün Dənizkənarı Bulvar və İçərişəhər ərazisində yürüş edərək və şəhər əhalisi ilə ünsiyyətdə olaraq milli geyimlərimizi nümayiş etdirmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi