Yuxarı
    Bağlamaq

    Bakı Uşaq Teatrı cəzaçəkmə müəssisələrində tamaşa nümayiş etdirib

    “Qeyri-adi məhkəmə” tamaşası nümayiş olunub

    Bakı. 9 dekabr. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı 1, 2, 7, 10 və 17 saylı cəzaçəkmə müəssisələrində “Qeyri-adi məhkəmə” tamaşası ilə çıxış edib.

    Bu barədə "Report"a idarənin İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

    Səhnə əsəri seminar tamaşa janrında hazırlanıb. Quruluşçu rejissoru teatrın bədii rəhbəri və direktoru İntiqam Soltan, ssenari müəllifi Arzu Soltandır.

    QİÇS-ə yoluxmuş kişinin başına gələnlərdən bəhs edən tamaşa maarifləndirici və tərbiyəedici xarakter daşıyır.

    Bu tamaşanın Ədliyyə Nazirliyinin Tibb baş İdarəsinin daha 15 cəzaçəkmə müəssisəsində nümayişi planlaşdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi