Yuxarı

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi yeni loqosunu təqdim edib

Yeni loqo Bakı xalça məktəbinə aid olan “xovlu xalça” elementlərini özündə əks etdirir

Bakı. 7 mart. REPORT.AZ/ Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi yeni tərtib etdiyi loqosunu təqdim edib.

“Report” xəbər verir ki, yeni loqo - XVIII əsr Bakı xalça məktəbinə aid olan “xovlu xalça” elementlərini özündə əks etdirir.

Yeni loqo Mədəniyyət və Turizm İdarəsinin brendi kimi qurumun fəaliyyətinə aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunacaq.    

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi