Yuxarı

"Bakı Novruz Salsa Festivalı" keçiriləcək

Festival martın 20-22-də olacaq

Bakı. 19 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Badi-Kuba Salsa Məktəbi tərəfindən martın 20-22-də Bakıda ikinci "Bakı Novruz Salsa Festivalı" keçiriləcək.

"Report" xəbər verir ki, tədbirin ustad dərsləri və konsert proqramı olmaqla, iki hissədən ibarət keçirilməsi nəzərdə tutulub.

Konsert proqramında xaricdən dəvət olunmuş rəqs müəllimləri və yerli rəqqasların birgə hazırladıqları rəqs nümunələri də göstəriləcək.
Festivala ABŞ, Fransa, Almaniya, Belçika, Polşa, Ukrayna, Türkiyə, Norveç, İtaliya, Gürcüstan, Qazaxıstan və digər ökələrin dünyaşöhrətli müəllimləri dəvət olunub.

Eyni zamanda, tədbirdə həmin ölkələrin müəllimləri ilə yanaşı, rəqqasları da iştirak edəcək.

Qeyd edək ki, "Bakı Novruz Salsa Festivalı" ilk dəfə 2014-cü ilin mart ayında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi