Yuxarı

Bakı Dövlət Sirkində ilk dəfə olaraq pinqvinlər manejə çıxacaq - FOTO

Sirk sabah yeni mövsümün açılışını edəcək

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakı Dövlət Sirki oktyabrın 31-də yeni mövsümün açılışını edəcək.

"Report" xəbər verir ki, Bakı Dövlət Sirkində Rusiya Federasiyasından dəvət olunmuş eksklüziv sirk-şou -"Lasta-rika" proqramı nümayiş olunacaq.

Sirk-şouda Bakıda ilk dəfə olaraq pinqvinlərin attraksionu və qutanlarla nömrə nümayiş etdiriləcək.

Proqrama, həmçinin "dəniz şirlərinin teatrı", atlar, meymun və tutuquşular, hava gimnastları, motosikl, kordabalet, şən kloun və digər nömrələr daxildir.

Sirk-şouda Rusiyanın xalq artisti, tanınmış kloun Yevgeniy Mayxrovski və ailə üzvləri çıxış edəcək.

Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovun "Report"a verdiyi xəbərə görə, Rusiyanın xalq artisti Yevgeniy Mayxrovski Bakıya qızı və nəvəsi ilə birlikdə gəlib. Onun ailə üzvləri də peşəkar sirk artistləridir və şou-proqramda maraqlı nömrələr nümayiş etdirəcəklər.

Bakıda ilk dəfə çıxış edəcək "Lasta-rika" eksklüziv sirk-şousu noyabrın sonunadək şəhərin qonağı olacaq və hər gün 3 seans göstəriləcək.

Biletlər sirkin kassalarında hər gün saat 10:00-dan 20:00-dək satılır. Biletlərin qiyməti 8-15 manatdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi