Bakı Dövlət Sirki yeni mövsümə start verir

Bakı Dövlət Sirki yeni mövsümə start verir "Lasta-Rika" eksklüziv sirk-şousu Bakı səhnəsində nümayiş etdiriləcək
İncəsənət
9 Oktyabr , 2015 11:59
Bakı Dövlət Sirki yeni mövsümə start verir

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bakı Dövlət Sirki oktyabrın 31-də yeni mövsümün açılışını edəcək.

"Report" xəbər verir ki, Bakı Dövlət Sirkində Rusiya Federasiyasından dəvət olunmuş eksklüziv sirk-şousu "Lasta-rika" proqramı nümayiş etdiriləcək.

Sirk-şouda ilk dəfə olaraq pinqvinlərin attraksionu və qutanlarla nömrə nümayiş etdiriləcək. Proqrama, həmçinin hamı üçün maraqlı olacaq "dəniz şirlərinin teatrı", atlar, meymun və tutuquşular, hava gimnastları, motosikl, kordabalet, şən kloun və digər nömrələr daxildir.

Bakıda ilk dəfə çıxış edəcək "Lasta-rika" eksklüziv sirk-şousu noyabrın sonlarına kimi şəhərin qonağı olacaq.

Biletlər sirkin kassalarında hər gün saat 10:00-dan 20:00-dək satılır.

Son xəbərlər

Orphus sistemi