Bakı Bələdiyyə Teatrında "Məkr və məhəbbət" tamaşası hazırlanır

Bakı Bələdiyyə Teatrında "Məkr və məhəbbət" tamaşası hazırlanır Səhnə əsərinin rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur
İncəsənət
22 Yanvar , 2016 11:52
Bakı Bələdiyyə Teatrında Məkr və məhəbbət tamaşası hazırlanır

Bakı. 22 yanvar. REPORT.AZ/ Bakı Bələdiyyə Teatrında görkəmli alman şairi və dramaturqu Fridrix Şillerin "Məkr və məhəbbət" əsəri əsasında yeni tamaşa hazırlanır.

Səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov "Report"a açıqlamasında deyib ki, artıq tamaşanın məşqləri başlayıb. 

Onun sözlərinə görə, tamaşa Bakı Bələdiyyə Teatrının 25 illik yubileyi münasibətilə hazırlanır: "Yeni səhnə əsərini martın sonu-aprelin əvvəlində təhvil verməyi düşünürəm. Tamaşada Bakı Bələdiyyə Teatrının aktyorları çıxış edirlər".

B.Osmanov bildirib ki, rolları teatrın aktyorları-əməkdar artistlər Əfqan Soltanov, Rafiq İbrahimov, Aydın Əliyev, Gülsabah Quliyeva, aktrisa Ülviyyə Rzayeva və başqaları canlandırır.

Tamaşanın rəssamı Elşən Sərxanoğludur.

Son xəbərlər

Orphus sistemi