Yuxarı

Azərpaşa Nemət: "Azərbaycanda Şekspiri çox sevirlər"

Qlobus Teatrının Bakı səfəri ilə əlaqədar Milli Dram Teatrında mətbuat konfransı keçirilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün Mədəniyyət və Turizm Nazirliyinin və "British Council Azərbaycan"ın dəstəyilə "Qlobus" Teatrı Akademik Milli Dram Teatrının səhnəsində Şekspirin "Hamlet" tamaşasını nümayiş etdirəcək. Tamaşa ingilis dilində və Azərbaycan dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə numayiş olunacaq.

"Report" xəbər verir ki, "Qlobus" Teatrının Bakı səfəri ilə əlaqədar oktyabrın 3-də Milli Dram Teatrında mətbuat konfransı keçirilib.

Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemət brifinqdə bildirib ki, Azərbaycanda Şekspiri çox sevirlər: "Hələ orta məktəbdə oxuyarkən Şekspir bizə çox doğma olub. Sanki Şekspirin Azərbaycan dilində yazdığını hesab etmişik. Məhz buna görə də Azərbaycanda Yusif, Həsən adlarıyla yanaşı, Şeksprin Hamlet, Maqbet, Ofeliya kimi qəhrəmanlarının adlarını çoxlu sayda insan daşımaqdadır. Bu da Şekspir yaradıcılığına olan sevgidən yaranıb. Mən Şeksprin 3 - "Hamlet", "Afinalı Timon" və "12-ci gecə" əsərlərinə quruluş vermişəm".

O, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə Qafqazda ilk dəfə "Hamlet" tamaşasını Azərbaycanda nümayiş etdirdiklərinə görə təşəkkür edib.

Qeyd edək ki, Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun "Qlobus" Teatrı 23 aprel 2014-cü il tarixindən 23 aprel 2016-cı il tarixinədək davam edəcək dünya turnesinə çıxıb.

Bu teatr sərgüzəşti "Hamlet" tamaşasını iki il müddətində dünyanın hər bir ölkəsində nümayiş etdirməkdən ibarətdir. On altı nəfərdən ibarət teatr truppası dünyanın bütün kontinentlərinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi