Bakı. 13 noyabr. REPORT.AZ/ Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına yeni baş rejissor təyin edilib.
"Report" xəbər verir ki, Teatrın baş rejissoru vəzifəsinə Gənc Tamaşaçılar Teatrının aktyoru Sərvər Əliyev təyin edilib.
S.Əliyev "Report"a açıqlamasında məlumatı təsdiqləyib.
Qeyd edək ki, Ağdam Dövlət Dram Teatrı cəbhə bölgəsində, Ağdamın Quzanlı kəndində fəaliyyət göstərir.