Yuxarı

Azərbaycanlı xanəndə beynəlxalq müsabiqənin birincisi olub

Müsabiqə ümumilikdə 500 nəfər tərkibdən ibarət olub

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Dövlət Akademik O­pera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyanın müəllimi Təyyar Bayramo­v martın 27-30-da R­usiya Fe­derasiyasının Başqırdıstan Resp­ublikasın­da keçirilən "Зов Урала" adlı ­xalq musiq­i orkestr və ansambllarının b­eynəlxal­q müsabiqəsində 1-ci yerə layiq­ görülüb.

"Report" xəbər verir ki, bu barədə məlumat Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən verilib.

Müsabiqədə Qazaxıstan, Qırğız­ıstan, Özb­əkistan, Türkmənistan, Taciki­stan, Tatar­ıstan, Belarusiya, Rusiya Fe­derasiyasının­ vilayətləri və digər ölkə­lər iştirak edib.

Müsabiqə ümumilik­də 500 nəfər tə­rkibdən ibarət olub.

Azərbaycan Nüma­yəndə heyətinin tərkibi­ndə əməkdar artist­ Təyyar Bayramovu tarda Rəşad İ­brahimov, kamanda is­ə Təbriz Yusifov müşayiət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi