Azərbaycanlı vokalçı Moskva Dövlət Konservatoriyasında konsert verəcək

Azərbaycanlı vokalçı Moskva Dövlət Konservatoriyasında konsert verəcək Rusiya Böyük Teatrının solisti Dinarə Əliyeva “Orfey” radio simfonik orkestri ilə birgə çıxış edəcək
İncəsənət
19 Avqust , 2015 17:50
Azərbaycanlı vokalçı Moskva Dövlət Konservatoriyasında konsert verəcək

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Rusiya Böyük Teatrının solisti Dinara Əliyeva P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında konsert verəcək. 

"Report" xəbər verir ki, konsert proqramı oktyabrın 17-də olacaq. İfaçı Rusiyanın "Orfey" radio simfonik orkestri ilə birlikdə çıxış edəcək.

Qeyd edək ki, D.Əliyeva Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun məşhur italyan bəstəkarı Cüzeppe Verdinin 200 illiyi münasibətilə Kolmar (Fransa) və Praqada (Çexiya) "GalaVerdi" adlı solo konsertləri uğurla keçib.

O, Böyük Teatrda bir sıra klassik opera qəhrəmanlarının obrazlarını, eləcə də Yohann Ştrausun "Yarasa" operettasında Rozalinda obrazını yaradıb.

D.Əliyeva Azərbaycan və rus xalq mahnılarından, opera və operettalardakı ariyalardan romans və cazadək müxtəlif əsərləri ifa edir.

Son xəbərlər

Orphus sistemi