Yuxarı

Azərbaycanlı şagird beynəlxalq müsabiqənin qalibi olub

V sinif şagirdi MOZARTACADEMY medalına layiq görülüb

Bakı. 12 iyun. REPORT.AZ/ Tofiq Quliyev adına 12 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə V sinif şagirdi Ayan Aslanova "MOZARTACADEMY" l Beynəlxalq Müsabiqəsinin qalibi olub.

"Report" xəbər verir ki, Türkiyənin İzmir şəhərində təşkil edilən "MOZARTACADEMY" fortepiano müsabiqəsində A.Aslanova kiçik yaş qrupunda uğurla çıxış edərək birinci yerə layiq görülüb.

Ona müsabiqənin müvafiq dərəcə üzrə medalı təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi