Yuxarı
    Bağlamaq

    Azərbaycanlı rəssam dünya şöhrətli opera müğənnisinə rəsm əsərini hədiyyə edib

    Rəsm əsəri Rusiyanın Bolşoy Teatrında Cakomo Puççininin Manon Lesko operasının premyerası münasibətilə yaradılıb

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanlı gənc rəssam, beynəlxalq müsabiqələrin laureatı Nərgiz Quliyeva dünya şöhrətli opera müğənnisi Anna Netrebkoya "Qadın obrazı - Anna Netrebko" adlı rəsm əsərini hədiyyə edib.

    "Report" xəbər verir ki, rəsm əsəri Rusiyanın Bolşoy Teatrında Cakomo Puççininin "Manon Lesko" operasının baş rollarını Anna Netrebko və Yusif Eyvazovun ifa etdiyi premyerası münasibətilə yaradılıb.

    Bolşoy Teatrdakı premyeradan sonra gənc rəssam Anna Netrebkoya hörmət və onun yaradıcılığına olan sevgi əlaməti olaraq ona hədiyyə göndərib.

    Qeyd edək ki, Nərgiz Quliyeva Azərbaycan Rəssamlıq Akademiyasının məzunudur və o, Almaniya, Fransa, Azərbaycan və Türkiyədə bir çox beynəlxalq müsabiqələrin laureatıdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi