Bakı. 1 aprel. REPORT.AZ/ Türkiyə Cümhuriyyətinin Antalya şəhərində "VII Rofife Rotary" Qısa Film Festivalı keçirilib.
"Report" xəbər verir ki, festivalda Azərbaycanı "fəxri qonaq" qismində tanınmış kino xadimi Ayaz Salayev və gənc rejissor Amil Məmiyev təmsil edib.
Festival çərçivəsində A.Salayev tərəfindən festival iştirakçıları üçün ustad dərsi təşkil olunub, Akdeniz Universitetində "Keçmişdən günümüzə Azərbaycan kinosu" mövzusunda keçirilən konfransda azərbaycanlı rejissorlar Azərbaycan kinosu ilə bağlı çıxış ediblər.