Azərbaycanlı rejissor öz xanımı ilə "Türkadası" verilişində iştirak edir

Azərbaycanlı rejissor öz xanımı ilə "Türkadası" verilişində iştirak edir "TRT AVAZ" ekranında yayımlanacaq veriliş avqustun 15-dən start götürüb
İncəsənət
17 Avqust , 2015 20:42
Azərbaycanlı rejissor öz xanımı ilə Türkadası verilişində iştirak edir

Bakı. 17 avqust. REPORT.AZ/ "TRT AVAZ" ekranında yeni veriliş start götürüb. Türkiyənin Ağdəniz sahillərinin vazkeçilməzi olan Kekovadakı Aşırlı adasında baş tutan veriliş “Türkadası” adlanır.

"Report" xəbər verir ki, proqramda 5 ölkədən 5 cütlüyün həm biri-biri ilə, həm də çətin təbiət şərtlərilə mübarizələri göstərilir. Azərbaycan, Bosniya Hersoqovina, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan iştirakçılar proqram boyu aparacaqları mübarizəylə hər kəsə həyəcanlı dəqiqələr bəxş edəcək.

Ölkəmizi bu proqramda Bakı Uşaq Teatrının direktoru, bədii rəhbəri, rejissor İntiqam Soltan öz xanımı, ssenarist Arzu Soltanla birgə təmsil edir. Bu barədə məlumatı Bakı Uşaq Teatrının mətbuat xidməti yayıb.

Hər zaman maraqlı layihələri, kreativlikləri ilə gündəmə gələn cütlük bu dəfə Azərbaycan adından 5 ölkə arasında yarışacaq.

Bu, sadəcə yarış deyil, həm də bu proqram vasitəsilə iştirakçılar tamaşaçıları təmsil etdikləri ölkənin adət- ənənələri ilə tanış edəcək, cütlüklər çətinliklər zamanı necə bir-birinə dayaq olduqlarını nümayiş etdirəcək.

Qeyd edək ki, həftənin üç günü - çərşənbə axşamı, cümə axşamı, şənbə günləri saat 22:00-da “TürkAdası” verilişi efirdə olacaq.

Son xəbərlər

Orphus sistemi