Azərbaycanlı rejissor beynəlxalq müsabiqədə münsif üzvü olacaq

Azərbaycanlı rejissor beynəlxalq müsabiqədə münsif üzvü olacaq Elçin Musaoğlu “8th TRT Documentary Awards” festivalına dəvət alıb
İncəsənət
3 May , 2016 14:31
Azərbaycanlı rejissor beynəlxalq müsabiqədə münsif üzvü olacaq

Bakı.3 may. REPORT.AZ/ Azərbaycanlı rejissor Elçin Musaoğlu mayın 12-dən 16-dək İstanbulda keçiriləcək “8th TRT Documentary Awards” festivalında münsiflər heyətinin üzvü olacaq. 

Bu barədə "Report"a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

Qeyd edək ki, Elçin Musaoğlunun “40-cı qapı” və “Nabat” tammetrajlı bədii filmləri dünyanın bir çox nüfuzlu film festivallarının müsabiqə proqramlarında iştirak edib və bir sıra mükafatlara layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi