Azərbaycanlı pirotexnika ustaları Moskvada beynəlxalq atəşfəşanlıq festivalında iştirak edəcək

Azərbaycanlı pirotexnika ustaları Moskvada beynəlxalq atəşfəşanlıq festivalında iştirak edəcək İştirakçılar ümumilikdə 25 ton pirotexnikadan istifadə edərək 50 mindən çox yaylım atəşi həyata keçirəcək
İncəsənət
5 İyul , 2016 10:41
Azərbaycanlı pirotexnika ustaları Moskvada beynəlxalq atəşfəşanlıq festivalında iştirak edəcək

Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycanlı pirotexnika ustaları Moskvada ikinci "Rostex" beynəlxalq atəşfəşanlıq festivalında iştirak edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, festival iyulun 23-24-də Moskvada keçiriləcək.

Bu il iştirakçıların çıxışları kinematoqrafiyaya həsr olunacaq.

Azərbaycan, Çin, Qazaxıstan, Malta, Portuqaliya, Rusiya, Fransa və Estoniyadan olan ən yaxşı pirotexnika komandaları fişənglərin buraxılması sənəti üzrə yarışacaq. İştirakçılar ümumilikdə 25 ton pirotexnikadan istifadə edərək 50 mindən çox yaylım atəşi həyata keçirəcək. Fişənglərin uçuş hündürlüyü 300 metrə çatacaq.

Son xəbərlər

Orphus sistemi