Azərbaycanlı ifaçı ABŞ-da keçirilən beynəlxalq müsabiqəsində birinci olub

Azərbaycanlı ifaçı ABŞ-da keçirilən beynəlxalq müsabiqəsində birinci olub Qanun ifaçısı Natəvan Həsənova ABŞ-da qələbə qazanıb
İncəsənət
10 İyul , 2015 23:28
Azərbaycanlı ifaçı ABŞ-da keçirilən beynəlxalq müsabiqəsində birinci olub

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycanlı qanun ifaçısı Natəvan Həsənova ABŞ-da keçirilən "American Protégé International Concerto Competition 2015" beynəlxalq müsabiqəsində professional musiqiçilər kateqoriyada birinci yerə layiq görülüb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Musiqiçimiz müsabiqədə ən yüksək performansa görə də mükafatlandırılıb.
Nyu-York şəhərində keçirilən "Carnegie Hall"da reallaşan müsabiqəyə bir çox ölkələrdən musiqiçilər qatılıb.Qeyd edək ki, Natəvan Həsənova Azərbaycan Milli Konservatoriyasında qanun müəlliməsi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblının solistidir.

Son xəbərlər

Orphus sistemi