Yuxarı
    Bağlamaq

    Azərbaycanlı dirijor Rusiya Milli Simfonik Orkestrini idarə edəcək

    Əyyub Quliyev noyabrın 30-dan dekabrın 7-dək Moskvada qastrol səfərində olacaq

    Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələrin laureatı, Prezident mükafatçısı Əyyub Quliyev noyabrın 30-dan dekabrın 7-dək Moskvada qastrol səfərində olacaq.

    Opera və Balet Teatrının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, gənc dirijor Rusiyanın “Kultura” kanalının keçirdiyi gənc musiqiçilərin “Şelkunçik” beynəlxalq telemüsabiqəsinin rəsmi açılış və bağlanış mərasimində Rusiya Milli Simfonik Orkestrini idarə edəcək.

    Bu müsabiqə 2000-ci ildən gənc akademik musiqi ifaçıları arasında hər il keçirilən populyar musiqi tədbirlərindən biridir. Müsabiqədə istedadlı musiqiçilər üç kateqoriya - skripka, fortepiano, zərb və nəfəs alətləri üzrə yarışacaq.

    Qeyd edək ki, bu il müsabiqədə Böyük Britaniya, Avstriya, ABŞ, Kanada, Yaponiya, Çin, Norveç, Çexiya, Bolqarıstan, Estoniya, Latviya, Polşa, Türkiyə, Moldova, Qazaxıstan, Ukrayna, Belarus və başqa ölkələrdən gənc musiqiçilər iştirak edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi