Yuxarı
    Bağlamaq

    Azərbaycanlı cazmen Fransada Kolmar Caz Festivalının açılışında çıxış edəcək

    Konsert Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil olunacaq

    Bakı. 17 iyun. REPORT.AZ/ Sentyabrın 7-də cazmen Emil Əfrasiyabın kvarteti Fransada Kolmar Caz Festivalının açılış konsertində çıxış edəcək. 

    "Report" xəbər verir ki, konsert Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil olunacaq. TEAS-dan bildirilib ki, konsert yerli televiziya kanalı ilə (www.tv7.fr.) nümayiş etdiriləcək.

    Emil Əfrasiyab 1982-ci ildə Bakıda anadan olub. Onun əsərlərində Azərbaycan muğamı ilə cazın sintezi üstünlük təşkil edir. Bu əsərlərdə intonasiyadakı təzadlar, klassik musiqidə rast gəlinən harmoniya və ritmlər özünü göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi